Seneqalın cənub-şərqində çəkisi 1 tondan çox olan kokain partiyası ələ keçirilib.

Bu barədə ölkənin Baş Gömrük İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, yükün ölçüsü Seneqal tarixində quruda aşkar edilən ən böyüyüdür.

Ümumi çəkisi 1 137 kq olan partiyanın dəyəri təqribən 137 milyon avrodur. 948 kisə kokain iki dibli yük maşınında gizlədilib. Gömrük İdarəsi yük maşınının qonşu ölkədən gəldiyini bildirsə də, konkret ölkə adı açıqlanmayıb.

İstinadlar Report