Seneqalın dünya üzrə diplomatik nümayəndəlikləri bu missiyaların bəzilərinə qarşı son zorakılıq aktları səbəbindən müvəqqəti olaraq bağlanıb.

Bu barədə Seneqal Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu addım Seneqalın Paris, Bordo, Milan və Nyu-Yorkdakı diplomatik nümayəndəlikləri və konsulluqlarına qarşı bir sıra zorakı hərəkətlərdən sonra atılıb”, – Nazirliyin məlumatında deyilir.

Xarici İşlər Nazirliyi qeyd edib ki, konsulluqlar təhlükəsizlik üçün şərait bərpa olunan kimi yenidən fəaliyyət göstərəcək.

İstinadlar Report