Demokratlar Partiyasından olan 3 senator prezident Donald Trampı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağıran qanun layihəsi təqdim edib

Bu barədə “Politiko” informasiya yayıb.
Sənədin müəllifləri senatorlar Ben Kardin, Şerrod Braun və Robert Menendezdir.
Senatorlar Donald Tramp administrasiyasını ölkənin milli təhlükəsizliyinin açıq şəkildə təhdid edilməsinə tam ciddi yanaşmamaqda ittiham ediblər.(Axar-az )