
“Pakistan Ermənistanla münasibətlərin nizamlanmasında Azərbaycanı hər zaman dəstəkləyib və bundan sonra da dəstəkləyəcək”.
Bunu Pakistan Senatının üzvü Məhəmməd Talha Mahmud Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan da hər zaman Pakistanı mühüm məsələlərdə dəstəkləyir: “Biz Azərbaycanı qardaş ölkə hesab edirik”.
Pakistanlı senator ölkələr arasında mədəni və digər məsələlərdə oxşar xüsusiyyətlərin olduğunu vurğulayıb.
O, həmçinin Pakistandan Azərbaycana turist axınının tezliklə artacağına əminliyini ifadə edib.