
Senatın Maliyyə Komitəsi Prezident Donald Trampın Səhiyyə və İnsan Xidmətləri naziri vəzifəsinə kiçik Robert Kennedinin namizədliyini təsdiq etməyi tövsiyə edib.
Bu barədə C-SPAN telekanalı məlumat yayıb.
Komitədəki 14 respublikaçı kiçik Kennedinin namizədliyinin lehinə, 13 demokrat isə əleyhinə səs verib.
Yaxın günlərdə Senatın tam tərkibi ilə yekun səsvermənin keçiriləcəyi gözlənilir. Təsdiqlənərsə, kiçik Kennedi and içəcək.