ABŞ Senatında prezident Donald Trampın impiçmenti ilə bağlı dinləmələrə başlanılıb

Senatdakı respublikaçılarınlideriMitç Makkonnellbildiribki, senatorların əksəriyyəti prosesin təşkili ilə bağlı yanvarın 21-də Senata təqdim olunan qətnaməni dəstəkləməyə hazırdır.

“Prosedura əsasən öncə prokurorluğun aşağı palatadan nümayəndələri danışacaq, sonra prezidentin vəkili söz alacaq. Daha sonra senatorlara yazılı şəkildə hər iki tərəfə sual vermək imkanı veriləcək . Dördüncü mərhələdə Senat əlavə dəlillərə və ya şahidlərə ehtiyacın olub-olmaması barədə qərar verəcək.

Senatorlardan biri prosesin qaydasında dəyişiklik etməyə və ya konkret şahidləri çağırmağa və ya sənəd tələb etməyə çalışırsa, mən bu təşəbbüslərə yer verməyəcəyəm, çünki Senat bu məsələləri sonrakı müddətdə həll edəcək” – deyə, Makkonnell bildirib.

İstinadlar Report