Sen-Marten parlamenti Bakı Təşəbbüs Qrupuna (BTQ) fransız və holland neomüstəmləkəçiliyi ilə bağlı beynəlxalq konfransın təşkilinə görə təşəkkür edir.
Bunu Sen-Marten parlamentinin üzvü Franklin Meyers Bakıda “Sen-Martendə fransız və holland müstəmləkəçiliyi – bir ada, bir xalq, bir tale” mövzusunda konfransda deyib.
“Bu konfrans düzgün istiqamətdə atılmış vacib addımdır, çünki azadlıq bütün insanların fundamental hüququdur”, – deyə o bildirib.