Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan baş nazir Nikol Paşinyanın ünvanına sərt ifadələr işlədib.

Sarkisyan Paşinyanı qorxaq və satqın adlandırıb. Onun “Tarix faktlarla yazılır” adlı yazısı “Facebook” səhifəsində yayımlanıb:

“Kimsə Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi haqda danışarsa, sən susmalısan, Nikol Paşinyan! Qorxaqlara xas manipulyasiya fəndləri ilə həyasızcasına yalan danışa və tarixi saxtalaşdıra bilərsən, hər şeyi biabırçı məğlubiyyətini ört-basdır edəcək və məsuliyyətdən yayınacaq bir şəkildə düz-qoş edə bilərsən. Sən tarixə öz kreslosuna görə müharibəni uduzan, alnında satqın damğası olan bir qorxaq kimi düşəcəksən. Tarix faktlarla yazılır”.  

İstinadlar Qafqazinfo