“Azərişıq” ASC-nin həyata keçirdiyi investisiya layihələri çərçivəsində Şəmkir rayonunda bir neçə kənddə yenidənqurma işləri aparılıb.

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, görülən işlər çərçivəsində Şəmkir rayonunun Ələsgərli və İrmaşlı kəndlərində elektrik şəbəkəsi yenilənib, Qaracəmirli və Yeni Yolda isə yenidənqurma işləri sona çatmaq üzrədir.

Şəmkir Elektrik Şəbəkəsi tərəfindən Ələsgərli və İrmaşlıda 0,4 kV-luq açıq tipli naqillər SİP kabellə əvəz olunub, 11 ədəd müasir tipli transformatorlar quraşdırılıb.

Bununla ümumilikdə 1142 abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin edilib.

Qaracəmirli və Yeni Yolda isə ümumilikdə 1800-ə yaxın abonenti əhatə edəcən yenidən qurma işləri çərçivəsində 0,4 kV-luq açıq tipli naqillər SİP kabellə, köhnə istimara yarasız dayaqlar yenisi ilə əvəz olunur, müasir tipli transformatorlar quraşdırılır.

Cari ildə Şəmkir rayonunda görülən işlər çərçivəsində 35/10 kV-luq Əzizbəyov yarımstansiyasının yenidən qurulması ilə 10 kV-luq Füzuli, 10 kV-luq Yeni Yol, 10 kV-luq Təzəkənddə ümumilikdə 1734 abonent 24 saat fasiləsiz elektrik enerjisi ilə təmin olunacaqlar.

İstinadlar Report