
Şəmkir rayonunun Qasımalılar kəndində minik avtomobili yük maşını ilə toqquşub, ölən və xəsarət alan var.
“VAZ” və “KamAZ” markalı avtomobillərin toqquşması nəticəsində minik maşınının sürücüsü, Gədəbəy rayon sakini, 1992-ci il təvəllüdlü Elvin Nazim oğlu Abdullazadə ağır xəsarət alıb. Onun sərnişini olan qonşusu, 2007-ci il təvəllüdlü İlkin Elman oğlu İmanov isə aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır olaraq qalır.