Şəmkirdə yol qəzası nəticəsində iki nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Tural Cəfərovun məhkəməsi başlayır.

Iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Roman Ələkbərlinin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 16-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin may ayının 4-də Şəmkir rayonu, Şuşa küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini T.Cəfərovun idarə etdiyi “Schacman” markalı yük avtomobili hərəkətdə olarkən əyləc sistemi sıradan çıxıb. Daha sonra nəqliyyat vasitəsi qarşıda gedən digər yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində hər 2 avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 2 nəfər ölüb.

Hadisəyə səbəb kimi T.Cəfərovun idarə etdiyi avtomobilin əyləcinin imtina etməsi göstərilir.

İstinadlar Report