Şəmkirdə 188 590,6 ton kartof yığılıb.

Məhsul istehsalçıları bu günədək əkdikləri 6598 hektar kartof sahəsinin 6583 hektarından məhsullarını toplayıblar ki, bu da ümumi kartof sahəsinin 99,8 faizini təşkil edir.

Rayon ərazisində əkilən bitkiyə nümunəvi qulluq göstərildiyindən sahələrdə bol məhsul yetişib.

Yığıma başlayan fermerlər qısa müddətdə 6583 hektar sahədən 188 590,6 ton kartof toplayıblar. Məhsulu yığılmış hər hektar sahədən 286,5 sentner kartof əldə olunub.

Yerli fermerlər bildirib ki, bu il becərdikləri kartof sahəsinin hər hektarından topladıqları məhsul nəzərdə tutduqlarından da artıqdır və məhsuldarlıq yüksək səviyyədədir. Bütün bunları nəzərə alaraq onlar növbəti ilə əkin sahələrini daha da genişləndirməyi planlaşdırırlar.

İstinadlar Report