Şəmkirdə toydan qayıdanlar avtomobil qəzasına düşüb, xəsarət alanlar var.

Rayonun Sərxan kənd ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Nəticədə 1990-cı il təvəllüdlü Qulu Tağıyev və daha bir nəfər müxtəlif bədən xəsarətləri alıb. Hər ikisi xəstəxanaya aparılıb.

Q.Tağıyevin vəziyyəti ağır olduğundan onun Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilməsi planlaşdırılır.

İstinadlar Report