Şəmkirdə yol polisi reyd keçirib.                                       

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, reyd zamanı bir neçə sakinin sürücülük hüququ olmadan avtomobil idarə etməsi də aşkar edilib.

Həmin “sürücülərin”  hərəkəti dayandırılıb, avtomobilləri qanunla müəyyən edilmiş qaydada müvəqqəti duracağa yerləşdirilib.

Bundan başqa aparılan araşdırmalarla dayanma-durma qaydalarını kobud surətdə pozaraq, avtobus dayancaqlarında eləcə də piyada səkilərində dayanan və ya duran avtomobil sahibləri də inzibati məsuliyyətə cəlb edilib. Mühərriklərində nasazlıq olan, ətraf mühitə həddindən artıq zəzərli qaz ixrac edən avtomobil sahibləri də məsuliyyətə cəlb olunub.

Şəhərdaxili sərnişin daşıma ilə məşğul olan avtobuslarda aparılan yoxlamalar zamanı karantin qaydalarının təmin edilməsi, tibbi maskadan istifadə edilməsi barədə vətəndaşlarla profilaktiki söhbətlər aparılmış, edilən xəbərdarlıqlara baxmayaraq karantin qaydalarını pozan sürücü və sərnişinlər barədə qanunamüvafiq tədbir görülüb. Ay ərzində keçirilən reydlər zamanı ümumilikdə 200-ə yaxın inzibati protokol tərtib edilib.

 

İstinadlar Qafqazinfo