Şəmkirdə piyadanı vurub qaçan sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımovun “Report”un Qərb bürosuna verdiyi məlumata görə, noyabr ayının 17-də, Şəmkir rayon Polis Şöbəsinə (RPŞ) rayonun Yeni Həyat kənd yolundan naməlum kişi meyiti olması barədə məlumat daxil olub.

Məlumat ilə əlaqədar Şəmkir rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları dərhal hadisə yerinə gələrək araşdırmalar aparıb. İlkin araşdırmaların nəticəsində görə, ölmüş şəxsin rayon sakini, 1983-cü il təvəllüdlü Yalçın Məmmədov olması və avtomopil vurması nəticəsində ölməsi məlum olub.

Şəmkir RPŞ-nin əməkdaşlarının keçirdikləri təxrəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qəzanı törədərək hadisə yerindən yayınan şəxsin kimliyi müəyyən edilib.

İstinadlar Report