Şəmkirdə yol-hərəkət qaydalarına riayət etməyən sürücü qəzaya səbəb olub, xəsarət alanlar var.

Hadisə rayonun “Kraz yolu” adlanan ərazidə qeydə alınıb.

“VAZ” markalı avtomobilin digər minik avtomobillə toqquşması nəticəsində, 1992-ci il təvəllüdlü R.Kərimova və 1970-ci il təvəllüdlü Ə.Hümbətova müxtəlif bədən xəsarətləri alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Hadisəyə səbəb sürücülərdən biri hərəkətdə olan zaman nəqliyyat vasitəsinin işıqlarını yandırmaması göstərilir.

İstinadlar Report