Şəmkirdə ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Şəmkir rayon ərazisində “VAZ-21015” markalı avtomobil digər minik avtomobili ilə toqquşub. Qəza nəticəsində Nazim adlı şəxs (soyadı dəqiqləşdirilir-red) aldığı xəsarətdən dünyasını dəyişib.

Qəza zamanı Şəmkir rayon sakini, 1998-ci il təvəllüdlü Elmir Məmmədov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

İstinadlar Report