Şəmkirdə təcili tibbi yardım avtomobili qəzaya uğrayıb. 

Hadisə Bakı-Qazax magistral yolun rayonun Könüllü kəndi ərazisindən keçən hissəsində baş verib. 

Hərəkətdə olan “UAZ” markalı tibbi yardım avtomobili “VAZ”la toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli