Şəmkir rayonunda Ağsaqqallar Şurasının iclası keçirilib.

Tədbirdə iştirak edən Azərbaycan Ağsaqqallar Şurasının sədrinin müavini Bayram Yusifov ağsaqqalların ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı əhəmiyyətli rolundan danışıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək bildirib ki, istər dünyanı cəngina almış karonavirus (COVID-19) infeksiyası ilə mübarizədə, istərsə də Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması uğrunda Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi və şanlı ordumuzun zəfəri ilə başa çatan Vətən müharibəsi zamanı hər birimizin arxa cəbhədə bir yumruq kimi birləşməsi Şəmkir ağsaqqlları böyük dəstək və fədakarlıq göstəriblər.

Görüşdə Rayon Ağsaqqallar Şurasının bundan öncəki üzvlərinə RİH başçısı tərəfindən fədakar xidmətlərinə görə “Təşəkkürnamə” verilib.

Sonra təşkilati məsələlər müzakirə olunub. Şəmkir Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib. Bilal Məmmədov sədr seçilib.

İclasda, həmçinin Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri seçiliblər.



İstinadlar Qafqazinfo