Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “VAZ-2106” ilə “VAZ-21099” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

***

Qəzada ölən və yaralanan şəxslərin kimlikləri məlum olub.

Qəzada 1988-ci il təvəllüdlü Düyərli kənd sakini Babayev Ramil Dilqəm oğlu və 1992-ci il təvəllüdlü Əliyaqublu kənd sakini Qurbanov Babək İsmayıl oğlu ölüb.

Digər şəxslər, 26 yaşlı Səbuhi Allahverdiyev, 23 yaşlı Rövşən Qurbanov, 31 yaşlı Vidadi Əmirov və 23 yaşlı Vüsal Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli




İstinadlar Qafqazinfo