Şəmkirdə 37 yaşlı qadın bıçaqlanıb.
Hadisə Şəmkir şəhər ərazisində qeydə alınıb.
Şəmkir rayon sakini,1985-ci il təvəllüdlü Talehə Əliyeva Nizami qızı bədəninin müxtəlif nahiyələrindən çox saylı bıçaq xəsarətləri alıb. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə qadının əridir.

