Şəmkirdə 21 yaşlı qadın itkin düşüb.
Şəmkir rayon Şiştəpə kənd sakini, 2002-ci il təvəllüdlü Elgün Əhmədova sentyabrın 15-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, E.Əhmədovanın yaxınları bununla bağlı Şəmkir rayon Polis Şöbəsinə ərizə ilə müraciət ediblər.
“Onun əlamətləri isə belədir. Boyu 162 sm, saçları qara, gözləri şabalıdı və arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində çəhrayı rəngli hicablı don olub.