
Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları “Mercedes” markalı avtomobildə narkotik vasitə aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”un Qərb bürosuna verilən məlumata görə, “Mercedes”in sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb.
Müəyyən edilib ki, sürücünün üzərindən və avtomobilindən qurudulmuş marixuana aşkar edilərək götürülüb.