Türk dövlətləri ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.
Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentdə keçirilən Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin birinci iclasında çıxışı zamanı deyib.
Komitə sədri təəssüf hissi ilə bildirib ki, bu gün Azərbaycana qarşı təzyiqlər mövcuddur.