Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov AŞPA tərəfindən ona sanksiya tətbiq edilməsi ilə bağlı  yayılan məlumatlarla əlaqədar mətbuat konfransı keçirir.

Konfransda çıxış edən S. Seyidov qeyd edib ki, Azərbaycan Avropa Şurasının müxtəlif strukturları ilə konstruktiv əməkdaşlıq edir və bundan sonra da davam edəcək:

“Ancaq dünənki qərar növbəti ikili standartlarla dolu yanaşmadır. Dünən həmin komitədə bir neçə üzv və mən sanksiyalarla üzləşmişik. Bu birinci dəfə deyil. Bu sanksiyaların tətbiqinə yazılı məktubumda qiymət vermişəm. Məktubda da qeyd etmişəm ki, bunun heç bir əsası yoxdur və Azərbaycana qarşı olan qərəzli münasibətdir”

İstinadlar Qafqazinfo