Almaniyalı deputat Frank Şvabe həm özünü, həm də AŞPA-nı məhv edir.
Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov özünün “X” hesabında yazıb.
Onun sözlərinə görə, Frank Şvabe qorxur:
“Məhz bu qorxu təhqirlərə sövq edir. O, yalanları həqiqət kimi qəbul edir. Sözlərində nifrət nə qədər çox olarsa, bir o qədər siyasətçi kimi batacaqsan, həm özünü, həm də AŞPA-nı məhv edəcəksən”.