
Azərbaycan və Rusiya regionda beynəlxalq prinsiplərə, qanunlara və qaydalara cavab verən, həmçinin ən yaxın qonşuları ilə əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən yeni münasibətlər konsepsiyasını təqdim ediblər.
Bunu Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Qriqori Karasinlə görüşündə deyib.
“Biz Azərbaycan və Rusiya Federasiyası beynəlxalq ictimaiyyətə regionumuzun dövlətləri arasında münasibətlərin yeni konsepsiyasını təqdim edə bildik”, – S.Seyidov bildirib.