Azərbaycanda sahibkarlıq bacarıqlarının inkişafı baxımından çətinliklər var.

Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Dünya Bankının 2024-cü il üzrə “Dünyanın İnkişafı haqqında Hesabatının” (World Development Report – WDR) Bakıda yüksək səviyyəli təqdimat tədbirində deyib.

Onun sözlərinə görə, Azərbaycan 30 ilə yaxındır bazar iqtisadiyyatına keçib: “Bu səbəbdən də ölkədə sahibkarlıq bacarıqlarının inkişafı baxımından çətinliklər hələ də müşahidə edilir. Təkcə gender balansı, qeyri-qanuni sahibkarlıq deyil, ümumilikdə sahibkarlıq bacarıqlarının inkişafı səviyyəsi baxımından müəyyən boşluqlar var”.

İstinadlar Report