Azərbaycan iqtisadiyyatının müasir inkişafı, sahibkarlıq sahələrinin kəmiyyətinin və məzmununun genişlənməsi keyfiyyətli metroloji xidmətlərin tətbiqini tələb edir.

Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli “Milli Metrologiya Forumu”nda deyib.

Onun sözlərinə görə, iqtisadiyyatın inkişafı fonunda sahibkarlıq subyektlərinin, müəssisələrinin metroloji ehtiyaclarının qarşılanması hazırda metrologiya sahəsinin başlıca vəzifəsi kimi çıxış edir: “Metrologiyanın hazırkı vəzifəsi elmi əsaslandırılmış metod və cihazların tətbiqi ilə sahibkarlıq subyektlərinin metroloji xidmət ehtiyaclarının qarşılanmasıdır. Bu üsul və vasitələrin köməyi ilə məhsul istehsalının bütün mərhələlərində texnoloji proseslər haqqında dəqiq informasiyalar almaq, istehsal olunan məhsulun keyfiyyət göstəricilərini yaxşılaşdırmaq nəzərdə tutulur”.

İstinadlar Report