Quba-Xınalıq yolunun 42-ci kilometrliyində sel sularının təsiri nəticəsində dağılan körpünün yerində yenisinin inşasına start verilib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. 

Məlumata görə, ilkin mərhələdə köhnə körpü sökülərək ərazi təmizlənir, tikinti sahəsi hazırlanır. 

Qeyd edək ki, iki ay öncə intensiv yağıntılardan sonra yaranmış güclü sel suları nəticəsində Quba rayonundan Xınaqlıq kəndinə gedən yolda yerləşən körpü dağılmışdı.



İstinadlar Qafqazinfo