Quba-Xınalıq yolunun 42-ci km-də sel sularının təsiri nəticəsində dağılan körpünün yerində yenisinin inşa edilir. 

Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata əsasən, ilkin mərhələdə köhnə körpü sökülərək ərazi təmizlənib, suyun istiqaməti dəyişdirilib, tikinti sahəsi hazırlanıb. Hazırda ərazidə betonlama işlərinə başlanılıb. 

Qeyd edək ki, iki ay öncə intensiv yağıntılardan sonra yaranmış güclü sel suları nəticəsində Quba rayonundan Xınaqlıq kəndinə gedən yolda yerləşən körpü dağılmışdı.




İstinadlar Qafqazinfo