“Motorola” şirkəti selfi kamerası korpusdan kənara çıxan ilk smartfon modelini təqdim edib.

Aparat 2340×1080 piksel təsvir ölçülü 6,5 düymlük panel ilə təchiz edilib. “One Hyper” smartfonunun digər bir özəlliyi 45 vatt gücündə enerji doldurma texnologiyası ilə təchizidir.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.Aparat 4 QB-lıq əməli yaddaşa və 128 QB-lıq fləş yaddaşa malikdir, “Snapdragon 675” prosessoru ilə təchiz edilib. Akkumulyator batareyasının tutumu (4000 milliamper/saat) aparata 38 saat avtonom işləmək üçün kifayət edir.

Həmçinin qulaqlıqlar üçün 3,5 mm-lik audio konnektor, kontaktsız ödənişlərin edilməsi üçün NFC çip nəzərdə tutulub. Fotomodul iki kameradan ibarətdir: 64 meqapiksellik əsas və 8 mp-lik genişbucaqlı. Ön kameranın təsvir ölçüsü 32 mp-dir. “One Hyper” smartfonu “Android 10” sisteminin idarəetməsi altında işləyir.

İstinadlar ict news