Xəbər verdiyimiz kimi ötən gün Goranboyda baş verən sel nəticəsində bir sıra evlərə və avtomobillərə ziyan dəyib.

“Qafqazinfo” rayondakı vəziyyətlə maraqlanıb. Məlum olub ki, sel nəticəsində təsərrüfatlara, mal-qaraya, iaşə və digər sosial obyektlərə də ziyan dəyib. Əsasən, Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələrində qeydə alınan fəsadlar zamanı əhalidən xəsarət alan olmayıb.

Hadisə ilə bağlı dəymiş ziyanın miqyasının müəyyənləşdirilməsi və fəsadların aradan qaldırılması ilə bağlı iş aparılır.

Goranboy Rayon İcra Hakimiyyəti fəsadlarla bağlı aşağıdakı fotoları yayımlayıb.




İstinadlar Qafqazinfo