Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar öz rəsmi tviter hesabında Şuşa şəhərindən yeni fotolar paylaşıb.

Sözügedən fotolar S.Bayraktar və həyat yoldaşı Sümeyye Erdoğan Bayraktarın may ayında Şuşaya son səfəri zamanı çəkilib.

Xatırladaq ki, S. Bayraktar Bakıda 26-29 may tarixlərində keçirilən “TEKNOFEST Azərbaycan” çərçivəsində ölkəmizə səfər edib.