Xalqların Demokratik Partiyasının (HDP) sabiq həmsədri Səlahəddin Dəmirtaş 28 il 6 ay həbs cəzasına məhkum edilib.

Ankara 22-ci Ağır Cəza Məhkəməsində baxılan Kobani işində məhkəmə müttəhimlər haqqında çıxardıqları hökmləri açıqlayıb.

Belə ki, HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaş dövlətin birliyini və bütövlüyünü pozmağa cəhdə görə 20 il, cinayətə təhrik etdiyinə görə isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ümumilikdə 28 il 6 ay həbs cəzasına məhkum edilən Dəmirtaşın həbsinin davam etdirilməsi qərara alınıb.

İstinadlar Report