Sel suları Tovuzda evi uçurub.

Hadisə Əsrik Cırdaxan kəndində qeydə alınıb.

Sel suları kənd sakini Mübariz Abulovun yaşadığı evi uçurub. Hadisə zamanı evinin qarşısında “VAZ 2107” markalı avtomobildə olan kənd sakini avtomobildə sıxılı vəziyyətdə qalıb. Onu avtomobildən qonşuları çıxarıb.

Məlumat üçün qeyd edək ki, qərb bölgəsində aramsız yağışlar davam edir.

Yunis Quliyev

İstinadlar Qafqazinfo