“2017-ci ilin sonuna respublika üzrə ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrin sayı 80,2 min təşkil edib (326,6 min nəfər ailə üzvü)”.

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib. Nazirin sözlərinə görə, ötən il ərzində bu məqsədlərə 214,7 mln. manat xərclənib. Bu da 2006-cı ilin eyni göstəricisi ilə müqayisədə 21,7 dəfə çoxdur. Hazırda əhalinin aztəminatlı hissəsinə hər ay 11,9 milyon manat ünvanlı dövlət sosial yardımı ödənilir.

Nazir onu da qeyd edib ki, əmək pensiyasının orta aylıq məbləği 2003-cü ilə nisbətən 11,3 dəfə artaraq 2018-ci il 1 yanvar tarixinə 208,4 manat olub, yaşa görə əmək pensiyasının orta aylıq məbləğinin ölkə üzrə orta aylıq əmək haqqı məbləğinə nisbəti, yəni əvəzetmə əmsalı 28 faizdən 44,2 faizə yüksəlib. 2017-ci il ərzində əmək pensiyalarının maliyyələşməsinə yönəldilən illik vəsaitin həcmi 3.289,6 milyon manata çatmışdır ki, bu da 2003-cü ilə nisbətən 17 dəfə çoxdur.

Oxumağa dəyər:   "Mənə elə kişi lazımdır ki..." - Dilarə

İstinadlar Qafqazinfo