
Şəki rayonunda zəlzələ qeydə alınıb.
Bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata əsasən, Şəki stansiyasından 6 km şərqdə, Şəki rayonunda 4.0 maqnitudalı zəlzələ qeydə alınıb.
Yerli vaxtla 04:31-də qeydə alınan yeraltı təkan 17 km dərinlikdə baş verib.