Şəkidə yük avtomobili piyadanı vuraraq öldürüb, daha sonra traktora çırpılıb

Hadisə rayonun Aşağı Göynük kəndi ərazisində qeydə alınıb.

Belə ki, bu gün saat 17 radələrində Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində hərəkətdə olan “KamAZ” markalı avtomobil əvvəlcə yolun kənarındakı piyadanı vurub, daha sonra isə traktora çırpılıb. Nəticədə piyada aldığı xəsarətlərdən ölüb, “KamAZ” və traktorun sürücüsü xəsarət alıb.

İstinadlar Report