Şəki rayonunda baş verən yol qəzasında xəsarət alanlar var.

Qəza rayonun Cəfərabad kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Kiçik Dəhnə kənd sakini Röyal Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobillə Rəhman Mustafayevin idarə etdiyi “Changan” markalı avtomobil toqquşub.

Nəticədə “Opel”in sürücüsü R.Məmmədov və onun sərnişini xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İstinadlar Report