Şəkidə yaşayış məntəqələri və əkin sahələri sel sularından mühafizə olunur. Həmçinin yaz-yay suvarmasına hazırlıq məqsədilə suvarma kanalları lildən təmizlənir.
Bu barədə “Report”un Şimal-qərb bürosuna Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Bildirilib ki, Şəki Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən selə qarşı mübarizə məqsədilə çay məcralarında mexanizmlərlə təmizləmə işləri aparılıb, həmçinin daş-beton mühafizə bəndlərində cari təmir işləri həyata keçirilib.
Bununla yanaşı, sel təhlükəsi olan Quruçayın yatağında təmizləmə işləri görülüb.