Şəkidə türk vətəndaşına məxsus “TIR” yanıb.

Hadisə bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun, rayonun Çayqaraqoyunlu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan “TIR” markalı yük avtomobilində anidən yanğın baş verib.

Əraziyə Yevlax və Şəki rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən texnikaları və şəxsi heyətləri cəlb olunub.

Yanğın zamanı yük avtomobilinin ön hissəsinin yanar konstruksiyaları yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

İstinadlar Qafqazinfo