Şəki şəhərində piyadanın xəsarət alması ilə nəticələnən qəza baş verib.

Hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes-Benz Sprinter” markalı sərnişin avtobusu yolu keçməyə çalışan 1981-ci il təvəllüdlü Röya Mustafayevanı vurub. Ağır xəsarət alan 41 yaşlı R. Mustafayeva Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İstinadlar Report