Şəki şəhərinin Salman Mümtaz küçəsində mikroavtobus qəzaya düşüb, xəsarət alanlar var.

Balakəndən Bakı istiqamətində hərəkətdə olan “Mercedes Vito” markalı sərnişin mikroavtobusu ilə “UAZ” markalı yük avtomobili toqquşub.

Hadisə nəticəsində “UAZ”ın sürücüsü, Şəki sakini 64 yaşlı Səyyar Səlimov və mikroavtobusun sərnişinlərindən biri 27 yaşlı Balakən sakini Ulduz Nəsibova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

İstinadlar Report