Bakıdan Şəkiyə gedən “Ford” markalı mikroavtobus qəza törədib.

Anar adlı şəxsin idarə etdiyi mikroavtobus Şəki-Qax yolunun Göynük kəndi ərazisindən keçən hissəsində yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində xəsarət alanlar var. Onlar Şəki rayon Mərkəzi Xəstəxanasına  aparılıb.

Xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Mübariz




İstinadlar Qafqazinfo