
Şəkidə məktəbin istifadə olunmayan korpusunda yanğın baş verib.
Güclü yanğın Turan qəsəbə tam orta məktəbinin istifadəyə yararsız, bir müddətdir tədris keçirilməyən korpusunda qeydə alınıb.
Hadisə yerinə Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub. Hazırda ikimərtəbəli məktəb korpusunun söndürülməsi istiqamətində işlər aparılır. Azı üç yanğınsöndürən texnikasının cəlb olunduğu bildirilib.