Məktəb direktoru rabitə dirəyindən yıxılaraq xəsarət alıb.

Hadisə bu gün günorta saatlarında Şəki rayonunun Böyük Dəhnə kəndində baş verib.

Belə ki, həmin kənd sakini Xanlar Həsrət oğlu Ağabəyov yaşadığı evin həyətindəki rabitə dirəyindən yıxılaraq xəsarət alıb.

64 yaşlı X.Ağabəyov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, X.Ağabəyov hazırda Böyük Dəhnə kənd tam orta məktəbdə direktor vəzifəsində çalışır.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

İstinadlar Qafqazinfo