Şəkidə avtoxuliqanlıq edərək sosial şəbəkədə paylaşan sürücü inzibati həbs olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan sürücü saxlanılıb. Onun bu əməlləri vətəndaşların da haqlı narazılığına səbəb olub.

Belə ki, şəhər sakini Cavidan Rəhimli idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə əsasən təhsil müəssisələrinin qarşısında intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və avtoxuliqanlıq hərəkətlərini “Tik-Tok” sosial şəbəkəsində paylaşıb.

İstinadlar Report