Şəkidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Hadisə rayonun Sarıca kəndi ərazisində qeydə alınıb.

1965-ci il təvəllüdlü İbrahim Şahlar oğlu Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin Niyaz adlı şəxs xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İstinadlar Report