Şəkidə avtomobil aşıb, sürücü xəsarət alıb.

Hadisə axşam saatlarında rayonun İnçə kəndi ərazisində baş verib.

Belə ki, Əfqan Mahmudov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

İstinadlar Qafqazinfo